İllərdir çox güzəştli yanaşırdıq ki, qonşunun xətrinə dəyməsin -FAZİL MUSTAFA İSRAİLDƏ SƏFİRLİK AÇILMASINDAN DANIŞDI

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın İsraildə səfirlik açması qərarını alqışlayıb.

Gununsesi.info deputatın bununla bağlı açıqlamasını təqdim edir:

Ağıllı, zəruru və zamanlama baxımından doğru gediş. Həm İzrail, həm Fələstinlə ən üst səviyyədə diplomatik münasibətlərin inkişafı və tarazlığın qorunması. İllərdir çox güzəştli yanaşırdıq ki, qonşunun bir şeylər xətrinə dəyməsin. Qanmadınız.

Gedib Qafanda oturdunuz ki, bəs sizə buradan yol verməyəcəyik, bəs din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir. Siz gedib məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süfrəmizi bölüşməyimizə qatlanacaqsınız.

Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər

Gununsesi.info