İnsan hüquqları kimi vacib məsələlərə böyük önəm veririk- -ABŞ səfirindən Müstəqilliyin Bərpası Gününə dair bəyanat

  • By admin
  • 19 Oktyabr 2021 10:40

ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberg Azərbaycan xalqını 18 oktyabr -Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib:

Gununsesi.info səfirin təbrik nitqini tədim edir:

Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı.

ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!

Pərviz
Gununsesi.info