İnsult keçirən Xalq artisti​​​​​​​ reanimasiyadan palataya köçürülüb

  • By Günel
  • 19 Yanvar 2025 18:10

Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.

Bildirilib ki, insult keçirən Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.

Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.

Gununsesi.info