İrəvanda güclü partlayış: yaralılar var

  • By admin
  • 09 Oktyabr 2022 11:47

Bu gün səhər saatlarında İrəvanda partlayış baş verib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

İlkin məlumata görə, partlayış nəticəsində ölənlər var.

“Oktyabrın 9-da saat 9.15-də (Bakı vaxtı ilə 9.15) Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin növbətçi pultuna İrəvanın Baqratunyats prospektində partlayışın baş verməsi, yanğının başlaması, xəsarət alanların olması barədə məlumat daxil olub”, – məlumatda deyilir.

Baş verən partlayışda ölənlərlə bağlı məlumat dəqiqləşdirilir.

Hadisə yerinə iki yanğınsöndürən briqada göndərilib. Hələlik hadisənin başqa təfərrüatları açıqlanmır.

Gununsesi.info