İran ölkənin sərhədini pozan Ermənistana məxsus PUA-nı vurub.

Gununsesi.info xəbər verir ki,  bu barədə “Aviopro” resursu yazır.

Bildirilir ki, bu, İran hərbçilərinin erməni dronunu vurduğu ilk hadisədir.

Rusiyanın ermənipərəst “Aviapro” resursu yazır ki, pilotsuz uçuş aparatı Azərbaycan-İran sərhədi yaxınlığında, Ərdəbil vilayətinin ərazisində məhv edilib.

Vurulan pilotsuz təyyarənin növü hələ açıqlanmır, lakin çox güman ki, söhbət artilleriya ilə sonrakı zərbələr üçün kəşfiyyat aparmalı olan drondan gedir.