İran prezidentinin helikopterinin tapıldığı an

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzadan sonra xilasedicilər tərəfindən aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, Qəzaya uğrayan helikopterin kadrlarını İranın KİV-ləri dərc ediblər.

Görüntülərdə xilasedicilərdən biri “Ya Hüseyn” deyərək ağlayır və digərlərini də əraziyə çağırır.

Xatırladaq ki, qəzaya uğrayan helikopterdə doqquz nəfər olub və bütün sərnişinlər həyatlarını itiriblər.