İranda zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 19 İyul 2026 12:01

İranın Huzistan əyalətinin Salend rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Salend rayonunda, ocağı 8 kilometr dərinlikdə yerləşib.

Hər hansı dağıntı və ya tələfat barədə məlumat verilmir.

Gununsesi.info