İsrail Ermənistanı hədələdi

Ermənistanın Fələstini suveren dövlət kimi tanımaq qərarı İsrail-Ermənistan münasibətləri üçün ciddi nəticələrə səbədir və bu HƏMAS  üçün mükafatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman öz Telegram kanalında bildirib.

“Ermənistanın Fələstini suveren dövlət kimi tanıması HƏMAS terrorçuları üçün bir mükafatdır”, – deyə o, vurğulayıb.

O əlavə edib ki, İrəvanın bu cür hərəkətləri İsrail və Ermənistan arasındakı münasibətlər üçün uzunmüddətli ciddi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.

 

 

Gununsesi.info