İsrail parlamenti oktyabrın 27-nə təyin edilmiş seçkilər öncəsi özünün rəsmi buraxılması barədə qanun layihəsini qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bununla da, iyulun 17-dən tətilə çıxan parlament seçkilərin nəticələrinə əsasən, yeni tərkib formalaşdırıldıqdan sonra fəaliyyətini bərpa edəcək.
Bildirilib ki, parlamentin hazırkı, 25-ci çağırışı 1988-ci ildən sonra 4 illik səlahiyyət müddətini tam başa vuran ilk çağırış olub. Bundan əvvəlki digər çağırışlar vaxtından əvvəl buraxılıb.












