İtkin düşmüş şəxslərlə bağlı Bakıda beynəlxalq konfrans başlayıb, Prezident müraciət ünvanlayıb

  • Müəllif: Admin08
  • 09 Oktyabr 2025 10:21

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edib.

Müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev oxuyub.

Qeyd edək ki, konfrans 9-11 oktyabr tarixlərini əhatə edəcək.

Gununsesi.info