Kənd təsərrüfatı suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır - EKSPERT

Xəbər verildiyi kimi, “Azərsu” ASC və “Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv olundu, əvəzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

İqtisadçı ekspert Rövşən Ağayev Gununsesi.info-ya bildirib ki, əgər çox qısa müddətdə suyu istehlakçılara çatdıran nəql şəbəkəsilə su ehtiyatlarına sahiblik və idarəetməni həyata keçirən struktur bir-birindən ayrılamasa, ölkənin bütün meliorasiya və içməli su şəbəkəsinin vahid, həm də nəhəng bir qurumda mərkəzləşdirilməsi çox uğursuz bir addım olacaq:”Kənd təsərrüfatı suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır.

Əhalinin içməli su təchizatı ya bələdiyyələrə, ya da konsessiya əsasında özəl investorlara həvalə olunmalıdır. Hazırda yaradalan Agentlik yalnız su ehtiyatları və ölkə miqyaslı magistral su infrastrukturuna üzərində dövlət adından sahibliyi həəyata keçirməli, mövcud ehtiyatlar üzərində nəzarəti təmin etməli, sudan səmərəli istifadə sahəsində straytegiya və hüquqi mexanizmlər hazırlamalı, su nəqlini həyata keçirən operatorlarla suyun topdansatış alışına dair müqavilələr bağlamalıdır”.

 

Şəbnəm

Gununsesi.info