Kəramət Böyükçöldən Səidə Bəkirqızına - Elə jurnalist səsi olar, elə jurnalist sifəti olar?

Son günlərin gündəmini zəbt edən Səidə Bəkirqızı ilə bağlı müzakirələr davam etməkdədir.

Belə ki, deputat Günay Ağamalının uşaq pulu verilməməsi ilə bağlı fikirlərindən sonra Səidə Bəkirqızı da məsələyə öz münasibətini bildirib.

Ancaq onun çıxışı birmənalı qarşılanmayıb.

Belə ki, sadə vətəndaşlardan tutmuş ictimai-siyasi adamlara qədər əksərən Səidə Bəkirqızını tənqid ediblər.

Fikirlərini müxtəlif cür ifadə edən insanlar arasında yazıçı Kəramət Böyükçöl də var.

Gununsesi.info xəbər verir ki, o, ad çəkmədən məsələyə işarə edərək deyib:

“O qadının sifəti və səsi mənə necə əsəb verir, ilahi. Boltun reklamı kimi videoları da hər yerdə qabağıma çıxır. Tez sürüşdürürəm ki, səsini eşitməyim. Elə jurnalist səsi olar, elə jurnalist sifəti olar?”.

Elmar
Gununsesi.info