
Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvili, Radio Courtoisie-yə verdiyi müsahibədə bildirib ki, Tbilisi səmimi şəkildə ümid edir ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz münasibəti dəyişəcək.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
O, həmçinin əlavə edib ki, Gürcüstan ümid edir ki, Donald Trampın prezidentliyi Avropa İttifaqı ilə Gürcüstan arasındakı əlaqələrə təsir edəcək.
Kavelaşvili, Ukrayna müharibəsinin başlanğıcı ilə Gürcüstana təzyiq göstərilməyə başlandığını vurğulayıb:
“Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmaq və gürcü könüllülərini göndərmək tələb olunub”.
O, bu təzyiqin Gürcüstanın NATO və Aİ üzvü olmadığı, ərazisinin 20%-nin isə işğal altında olduğu bir dövrdə baş verdiyini bildirib.
Kavelaşvili onu da əlavə edib ki, Gürcüstanın mövqeyi dəqiq olub və onlar müharibənin ölkəyə zərər verəcəyini bildirmişdilər.
O, həmçinin qeyd edib ki, Zurabişvili həmin dövründə Moldova və Ukraynanı dəstəkləyib.
Şəbnəm