Komandolarımız Ermənistanda qorxu yaratdı

  • By admin
  • 03 İyun 2022 14:55

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində görülən işlər Ermənistanda zaman-zaman müzakirə mövzusu olur.

Gununsesi.info xəbər verir ki, 44 günlük müharibədən sonra xüsusi təyinatlı qüvvələrin sayının artırılması və komando birliklərinin formalaşdırılması ermənilər tərəfindən həsədlə qarşılanır.

Ermənistan parlamentinin üzvü, hərbi ekspert Tiqran Abramyan Azərbaycan Ordusunu ermənilər üçün nümunə göstərib.

“Azərbaycanın yeni formalaşdırdığı xüsusi təyinatlı hərbi hissələrin (Komando) Türkiyə təcrübəsinə uyğun qurulduğu aydın görünür. Bununla yanaşı, müharibədən sonra nə qədər ordu korpusu, sərhəd qoşunları formalaşdırılıb, yaxud yenidən təşkil edilib. Ermənistanda isə müdafiə naziri hələ də 3 il əvvəl yaradılan şəxsi yeməkxanalardan danışır. Sərhədin bəzi mühüm ərazilərində isə hərbi qulluqçular çadırlarda xidmət edir, orduda acınacaqlı vəziyyət davam etməkdədir”, – Abramyan həsədlə Azərbaycan Ordusundan danışıb.

Azərbaycan Ordusunda xüsusi təyinatlı qüvvələrin artırılması, komando birliklərinin formalaşdırılması Ermənistanda təkcə həsəd yox, həm də qorxu yaradır. Çünki bu, istənilən vaxt anti-terror əməliyyatlarının icrasına hesablanıb. Ermənilər Bakının Qarabağda bütün ssenarilərə hazır olmasından narahatdırlar.

Gununsesi.info