Kral Salman Amerikanı təhdid etdi: “İqtisadiyyatınızı məhv edərəm” – “Vaşinqton Post”

  • By admin
  • 10 İyun 2023 10:17

“Vaşinqton Post”da yayımlanan bir xəbərdə S. Ərəbistanı Kralı Məhəmməd ibn Salmanın Amerikanı təhdid etdiyi yazılır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xəbər Amerika gizli kəşfiyyatına aid gizli sənədlər ölkə mətbuatına sızdılıb.

Yazılan xəbərdə Kral Salmanın Amerikanı “iqtisadiyyatınızı məhv edərəm” şəklində təhdid etdiyi vurğulanır.

Buna səbəb bir neçə ay öncə Vaşinqtonla yaşanan “neft təchizatı” anlaşmazlığı olub.

 

 

NƏ OLMUŞDU? 

OPEC+ qrupu enerji və neft nazirləri 5 noyabrda gerçəkləşdirilən toplantıda günlük petrol emalını noyabrdan etibarən 2 milyon barel azaltma qərarı almışdı.

Bu qərar üzərinə Milli Təhlükəsizlik Şurası Strateji Rabitə Direktoru Con Kirbi ABŞ Prezidenti Co Baydenin S. Ərəbistanla münasibətləri yenidən gözdən keçirəcəyinə dair açıqlamalar etmişdi.

S. Ərəbistanının Xarici İşlər Naziri Faysal ibn Farhan isə ölkəsinin ABŞ ilə strateji əlaqələrinin olduğunu söyləmiş və xam petrol emalını azaltmağa gedən OPEC+ qərarlarının iqtisadi səbəblərlə alındığını bildirmişdi.

 

ARTIQ ABŞ HAKİMİYYƏTİ İLƏ UĞRAŞMAYACAM

İki ölkə arasında gərginliyin yüksəlməsinə yol açan böhran sırasında diplomatik və yumşaq açıqlamalar edən S. Ərəbistanın qapalı qapılar arxasında ABŞ-a çox sərt xəbərdarlıqlar etdiyi ortaya çıxdı.

“Vaşinqton Post”un ələ keçirdiyi gizli kəşfiyyata aid sənədlərə görə, Salman Amerikanın qisas alacağı durumda, görüşdüyü Amerika yetkililərinə S. Ərəbistanın ABŞ iqtisadiyyatı üçün çox ciddi nəticələrə yol açacaq addımlar atacağını  bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info