Kremldən Vensin səfərinə - Münasibət

  • By Admin2
  • 11 Fevral 2026 13:50

“Ermənistan və Azərbaycan suveren dövlətlərdir. Buna görə də ABŞ də daxil olmaqla, istənilən ölkə ilə münasibətlər qurmağa tam haqları var”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərini şərh edərkən bildirib.

Xatırladaq ki, Ceyms Devid Vens fevralın 9-u Ermənistana, 10-u isə Azərbaycana səfər edib.

Gununsesi.info