Kursk hücumu: - 26 əsgər təslim oldu

  • Müəllif: Orxan
  • 09 Yanvar 2025 15:23

Kursk vilayətində uğursuz əks-hücum cəhdindən sonra Ukraynanın 26 əsgəri təslim olub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya MN yayıb.

Bildirilib ki, yalnız son sutkada Ukraynanın 4 əsgəri əsir götürülüb.

Rusiya mətbuatının verdiyi məlumata görə, son bir neçə gündə rus ordusu yenidən Kursk vilayətində irəliləyərək Ukrayna ordusunun bölmələrini 7 kənddən sıxışdıraraq çıxarıb.

Gununsesi.info