Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaqlar üçün şənlik təşkil olunub - FOTOLAR

  • By admin
  • 01 İyun 2022 12:06

Gəncədə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib.

APA nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində şəhid övladları, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil olunub.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 150-dən çox uşaq iştirak edib.

Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının sakinlərinin də qatıldığı şənlikdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və klounlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycanda valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrin övladlarına qayğı və diqqəti ilə seçilir. Onun təşəbbüsü ilə sözügedən kateqoriyadan olan uşaqlara daim dəstək göstərilir, müxtəlif yardımlar edilir.

Gununsesi.info