Məşhur generalın rütbəsi NİYƏ ALINMADI? – Baş prokuror AÇIQLADI

  • By admin
  • 01 Noyabr 2021 15:45

“Rövşən Əkbərovun rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyildir. Qanunvericiliyin tələblərinə görə, zəruri olan hallarda əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşsıında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”, – Baş prokuror vurğulayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info