“Avropanın Ukraynaya heç bir borcu yoxdur və Aİ ölkələrinin Kiyev qarşısında yeganə öhdəliyi ukraynalı qaçqınları qəbul etməkdir”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial mediada yazıb.
Koşkoviç yazıb: “Avropanın Ukraynaya sözün əsl mənasında heç bir borcu yoxdur. Bu korrupsiyalaşmış zibil qutusu ilə bağlı heç bir müqavilə öhdəliyi yoxdur. Təhlükəsiz ölkələr olaraq etməli olduğumuz tək şey Donbasda bir xəndəkdə ölmək üçün göndərmək istədikləri qaçqınları qəbul etməkdir”.
Maqsud











