Maduronun məhkəməsi təxirə düşdü

  • Müəllif: Firuzə
  • 18 Fevral 2026 11:41

Venesuela Prezidenti Nicolas Maduroya qarşı iş üzrə ikinci məhkəmə iclası 26 mart tarixinə təxirə salınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Univision Noticias” məlumat yayıb.

Məlumata görə, ikinci məhkəmə iclası martın 26-da Nyu-Yorkdakı federal məhkəmədə keçiriləcək.

Qeyd edək ki, iclasın əvvəlcə 17 mart tarixində keçirilməsi planlaşdırılırdı.

Gununsesi.info