Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

  • By Admin2
  • 04 Fevral 2026 17:45

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Mehriban Ələkbərzadə Oxu.az-a açıqlamasında xəbəri təsdiqləyib.

“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” – deyə, M.Ələkbərzadə bildirib.

Gununsesi.info