Messi fikrini dəyişdi, geri qayıdır

  • By admin
  • 18 İyul 2016 15:29

messi

 

“Barselona” yığmasının ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır.

Gununsesi.info xəbər verir ki, futbolçu fikrini dəyişib. Bu barədə “La Nacion” məlumat yayıb.

“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”. Məlunata görə, bu sözləri adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı məlumatı mediaya ötürüb.

“Kopa Amerika” çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun talehinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.

Gununsesi.info