Millimiz Çexiyaya qarşı

  • By admin
  • 11 Oktyabr 2016 19:14

milli

 

Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulacaq.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan millisi də növbəti oyununa çıxacaq.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olacaq. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönmək əzmindədir.

Qeyd edək ki, bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Gununsesi.info