Nadejda Savçenkonun sabiq komandiri həbs olundu

  • By admin
  • 02 İyul 2016 12:00

nadejda

 

Kiyev şəhəri Peçora rayon məhkəməsinin qərarı ilə “Aydar” batalyonunun qərargah rəisi, daha çox “Batya” kimi tanınan Valentin Lixolita və zabit İqor Radçenko həbs edilib. Gununsesi.info “112 ukrayna”ya istinadən xəbər verir ki, zabitlər cinayətkar dəstə yaradaraq ağır cinayətlər törətməkdə ittiham olunurlar. Bu dəstə quldurluqla məşğul olduqları bildirilir.

Prokurorluq hesab edir ki, adı çəkilən şəxslər odlu silah əldə edərək qanunları kobud surətdə pozaraq ağır cinayət hadisələri törədiblər.

Gununsesi.info