NATO-nun müdafiə xərcləri 70 milyard dollara çatıb — Bloomberg

Alyansın şərq cinahını təşkil edən NATO-ya üzv 14 ölkənin ümumi müdafiə xərcləri Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın başlamasından sonra xeyli artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilir ki, Şərqi Avropa NATO üzvlərinin ümumi müdafiə xərcləri SSRİ-nin dağılmasından sonra görünməmiş səviyyəyə çatıb. Bu artım Rusiyadan “artan təhlükə” fonunda silah və hərbi texnika alışlarının artması ilə bağlıdır.

Bu göstərici üzrə lider 2024-cü ildə müdafiə xərcləri ölkənin ÜDM-nin 4,12%-nə çatan Polşa olub. Sonrakı yerləri Estoniya (ÜDM-in 3,45%-i), Latviya (3,15%), Yunanıstan (3,08%) və Litva (2,85%) tutur.

Eyni zamanda, NATO-nun şərq cinahının hərbi idarələri qeyd edirlər ki, müdafiə xərclərinin artması vergi ödəyiciləri üçün artan yükə səbəb olur.

 

“Onlar  kəmərlərini bərkitməyə və öz vətəndaşlarına deməyə hazırdırlar ki, biz təhlükəsizliyimizi prioritet hesab etməliyik, çünki həyat standartları yaxın bir neçə il və ya hətta on ildə yaxşılaşmayacaq?” – deyə Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Daniel Zmeko Bloomberg-ə deyib.

Şərqi Avropadakı alyans üzvlərinin müdafiə rəsmiləri vurğulayırlar ki, hərbi texnikanın modernləşdirilməsi nəticəsində onların ölkələri onunla işləmək üçün ixtisaslı kadr çatışmazlığı problemi ilə üzləşirlər.

Bundan əlavə, hazırda bölgədə artan silahların yerləşdirilməsi üçün kifayət qədər anbar yoxdur.

Qeyd edək ki, 2000-ci illərin əvvəlindən ABŞ NATO-nun Avropa ölkələrini müdafiə xərclərini artırmağa və böyük həcmdə yeni hərbi texnika almağa çalışır.

 

 

 

Şəbnəm

Gununsesi.info