Nazir şagirdlərə dərs keçdi - Video

Elm və təhsil naziri Emin Əmrullayev Qəbələ rayonunun Vəndam qəsəbəsində 1 nömrəli tam orta məktəbin şagirdlərinə dərs keçib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Görüntülərdən nazirin aşağı sinif şagirdlərinə riyaziyyat dərsi keçdiyi aydın olur.

Qeyd edək ki, ötən gün E. Əmrullayev sözügedən məktəbdə olub və məktəbin kollektivi ilə görüşüb. Nazir, həmçinin məktəbdə tədris prosesini izləyib və şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.

Nazirin dərs deməsi ilə bağlı görüntüləri təqdim edirik: