“Nikaha girdiyim həyat yoldaşımın 12 yaşında övladı var. Mən onu övladlığa götürmək istəyirəm, soyadımı daşısın. Uşağın razılığı vacibdirmi?”
Gununsesi.info-ya bu barədə hüquqşünas Rəşad Səfərov danışıb.
O, deyib:
“Ailə Məcəlləsinə əsasən 10 yaşına çatmış uşağın övladlığa götürülməsi üçün mütləq öz razılığı alınmalıdır. Uşağın məlumatlı şəkildə razı olması şərtdir. Məhkəmə prosesi zamanı azyaşlı soruşulur. Razı olmazsa, məhkəmə övladlığa götürmə qərarı verməyə bilər. Uşağın soyad dəyişməsi də bu prosedurun tərkib hissəsidir”.
Orxan












