Özcan Dəniz Bakıda: “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR

  • By Günel
  • 28 Fevral 2025 19:38

Bu gün Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Türkiyənin məşhur siması, milyonların sevimlisi Özcan Dəniz Bakıda konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, Bakıya gələn sənətçi bir az əvvəl Heydər Əliyev adına Hava Limanında təyyarədən enib və media nümayəndələrinin suallarını cavablandırıb.

Özcan Dəniz jurnalistlərə açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: “Özümü çox yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən buraya məhz sevənlərim üçün gəlmişəm, axşam konsertdə görüşərik”.

Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.