
Parlament buraxıldıqdan sonra Pakistan prezidenti Arif Alvi və Seçki Komissiyası parlament seçkilərinin vaxtını dəyişib.
Gununsesi.info bildirir ki, Pakistan prezidenti Arif Alvi baş nazir Şahbaz Şərifin tələbi ilə parlamenti buraxıb.
Avqustun 9-da parlament buraxıldıqdan sonra yaxın günlərdə seçki tarixi müzakirə olunmağa başlayıb. Pakistan prezidenti Alvi və Pakistan seçki komissiyasının rəhbəri Sultan Raca və onun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
İclasın nəticəsi olaraq seçkinin 2024-cü il fevralın 11-də keçirilməsi qərara alınıb. Sonra gələn açıqlamada seçkilərin 8 fevral 2024-cü il tarixinə təxirə salınmasına yekdilliklə qərar verilib.
Gununsesi.info