Peruda güclü zəlzələ olub

  • Müəllif: Orxan
  • 19 İyul 2026 23:24

Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.

“Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik”, – deyə o, bildirib.

Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.

Peru Geofizika İnstitutunun məlumatına əsasən, 5,1 bal gücündə zəlzələ şənbə günü yerli vaxtla axşam saatlarında ölkənin mərkəzi hissəsində yerləşən Xunin departamentində, Çupaka şəhərindən 7 kilometr cənubda baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info