Polşada mina partlayışı: - 12 nəfər yaralanıb

Polşanın cənubundakı Knurow-Szczyglowice mədənində qazın sıxılması nəticəsində baş verən partlayışda 12 şaxtaçı yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerin 850 metr altında baş verən partlayış zamanı içəridə 44 şaxtaçı olduğu bildirilib.

Yaralı şaxtaçılar ətrafdakı xəstəxanalarda müalicə olunarkən, mədəndə axtarış-xilasetmə işləri davam edir.

Orxan Saffari

Gununsesi.info