Putin Navalnının xanımını terrorçuluqda ittiham edir

Rusiyada mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya terrorizm və ekstremizmlə məşğul olan şəxslər siyahısına daxil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, iyulun 9-da Moskva məhkəməsi müxalifət lideri Aleksey Navalnının həyat yoldaşını iki ay müddətinə qiyabi həbs edib.

 

 

Şəbnəm

Gununsesi.info