Putin, Tramp və Makron Qarabağla bağlı ortaq bəyanat verəcək

  • By admin
  • 01 Oktyabr 2020 15:23

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı Rusiya, ABŞ və Fransa Prezidentlərinin Qarabağdakı vəziyyətlə bağlı ortaq bəyanat verəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İclasda Qarabağda təmas xəttindəki vəziyyətə xüsusi diqqət yetirilib. Vladimir Putin görüş iştirakçılarına Rusiya, ABŞ və Fransa Prezidentləri tərəfindən Dağlıq Qarabağla bağlı ortaq bəyanatın hazırlanması barədə məlumat verdi”,- deyə Peskov bildirib.

 

 

Gununsesi.info