Qarabağdan danışan İlham Əliyev kövrəldi - VİDEO

  • By admin
  • 27 Sentyabr 2021 14:36

Xəbər veridiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı 30 ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəlib.

“İlk növbədə mənim gözümün önünə o bölgələrdə yaşamış insanlar gəlir. Mən ilk növbədə onlar üçün bunu edirdim. Çünki onlar 30 ildir həsrət içində idilər. Nə qədər əzab-əziyyət çəkdilər, amma sınmadılar, möhkəm dayandılar. Budur Azərbaycan, budur Azərbaycan xalqı”, – deyə İlham Əliyev qeyd edib.

Gununsesi.info