
Qəzzanı vuran şiddətli fırtınada bir fələstinli həyatını itirib. Kran aşması nəticəsində iki İsrail əsgəri həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, güclü fırtına və yağış gecə saatlarında Qəzza zolağına dəyib. Minlərlə məcburi köçkün fələstinlinin yaşadığı çadırlar fırtına nəticəsində zərər görüb, bəziləri isə uçurulub.
Çadırları zədələnən fələstinli ailələr küçələrdə gecələmək məcburiyyətində qalıb. Qəzza şəhərinin Şeyx Radvan məhəlləsində bir evin divarının uçması nəticəsində ən azı bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Orxan Saffari