Rusiya Belarus-Ukrayna sərhədinə “İskəndər-M” quraşdırır

  • By admin
  • 28 Mart 2022 16:06

Belarusun “İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Ukrayna sərhədi istiqamətində – Qomel vilayətində quraşdırdığı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı əməliyyat məlumatında qeyd olunub.

“Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, – məlumatda deyilir.

Daha əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.

Gununsesi.info