
Bu yaxınlarda polis bölmələrinə qeydiyyatına düşənləri qeydiyyatdan çıxardılar. Həmin şəxslərin arasında Qərbi azərbaycanlılar və başqa katoriqoriyadan olanlar var.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
“Bununla da onlar həm işə düzəlmə, həm də dövlətin digər sosial güzəştlərindən istafadə imkanlarını itirirlər. bu sahədə çoxlu müraciətlər olur. Hesab edirəm ki, bu məsələyə diqqət yermək lazımdır. Sənədsiz evlərə çıxarışlar verilməklə məsələni həll etmək olar”.
Gununsesi.info