“Şərqi Avropa ölkələri Ukraynaya əsgər göndərə bilər” – NATO-nun keçmiş Baş katibi

  • By admin
  • 09 İyun 2023 18:21

NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen yeni açıqlaması ilə Avropada həyəcan yaradıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rasmussen bəzi Çərqi Avropa ölkələrinin Ukraynaya dəstək üçün əsgər göndərə biləcəyini söyləyib.

Rasmussen 11-12 iyulda Litvanın paytaxtı Vilnus Zirvəsində alyansın Ukraynaya təhlükəsizlik zəmanətlərini verməyəcəyi durumda, bəzi Şərqi Avropa ölkələrinin əsgər göndərməyə hazır olduqlarını bildirib.

Hazırda Zelenskinin məsləhətçisi olan Rasmussen Polşanın Ukraynaya əyani yardım üçün çox istəkli olduğunu vurğulayıb.

 

Tərcümə: Arzu 

Gununsesi.info