Saleh Məmmədov: "Yeni yol pullu olacaq"

  • By admin
  • 22 Fevral 2021 14:09

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə dair açıqlama verib.

Gununsesi.info bildirir ki, Saleh Məmmədov Bakı-Quba yolundakı duruma da toxunub. həsr olunmuş brifinqdə S.Məmmədovun sözlərinə görə, beton yolu sıradan çıxan kimi təmir etmək asan deyil:

“Bunun üçün də 2018-ci ildən ölkə rəhbərinin tapşırığına uyğun olaraq şimal istiqamətinə yeni yol çəkilir. Yolun 150 kilometrliyi ödənişli olacaq. Yol 2022-ci ilin mayında istifadəyə veriləcək”.

Xatırladaq ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib. 2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi…

Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.

Gununsesi.info