Son damla qanımıza qədər döyüşməyə hazırıq -Kuba Prezidenti

  • Müəllif: Firuzə
  • 11 Yanvar 2026 21:03

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Kubanın artıq Venesueladan neft almayacağını bildirdiyi açıqlamalara cavab verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

Kuba liderinin sözlərinə görə, ölkəsi 66 ildir ABŞ hücumlarına məruz qalır və onlara müqavimət göstərməyə hazırdır.

“Kuba heç bir təhlükə yaratmır. Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır”, – Dias-Kanel  bildirib.

Gununsesi.info