Sonaxanım 47 kq arıqlayıb belə oldu — VİDEO

Aktrisa Sonaxanım Əliyeva keçirdiyi böyük dəyişikliklə sosial şəbəkələrdə maraq doğurub.

Sənətçi şəxsi hesabında paylaşım edərək arıqlama prosesindən bəhs edib. O bildirib ki, bu yola 107 kiloqram çəki ilə başlayıb və uzun müddət ərzində sağlam həyat tərzi sayəsində ciddi nəticə əldə edib.

Sonaxanım Əliyevanın sözlərinə görə, əvvəlcə çəkisini 67 kiloqrama endirən aktrisa hazırda 60 kiloqramdır. Beləliklə, o ümumilikdə 47 kiloqram çəki atmağa nail olub.

Aktrisanın əvvəlki və indiki görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb. Onun nəzərəçarpacaq dəyişimi sosial şəbəkələrdə çoxsaylı bəyənmə və şərhlərə səbəb olub. (milli.az)