Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb

  • Müəllif: Şəbnəm
  • 17 Sentyabr 2024 16:07

Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb.

 

Gununsesi.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

 

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)