Sumqayıtda ev yandı, zəhərlənənlər var

  • Müəllif: Ayshan
  • 19 Noyabr 2025 19:26

Sumqayıtda yaşayış evində yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Gununsesi.info Repot-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Gununsesi.info