Əhalinin diqqətinə: Bu ərazilərdə işıq olmayacaq

  • Müəllif: Ayshan
  • 19 Noyabr 2025 19:24

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Gununsesi.info  xəbər verir ki, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq.

Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə olacaq.

Gununsesi.info