Suqovuşan su anbarında su ehtiyatı azalıb

Suqovuşan su anbarında suyun səviyyəsinin minimum həddə enməsi səbəbindən suvarma suyunun verilməsində müvəqqəti fasilə yaranacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Tərtərçay Hidroqovşağının İstismarı idarəsinin paylaşdığı məlumatda bildirilib.

 

Məlumata görə, su anbarında su ehtiyatının kəskin azalması ilə əlaqədar olaraq suvarma suyunun verilməsi 2-3 gün müddətinə dayandırılacaq. Bu səbəbdən suvarma növbəsində dəyişiklik ediləcək.

 

Qurum əkin sahiblərinə və fermerlərə müraciət edərək yaranmış vəziyyəti anlayışla qarşılamalarını və suvarma işlərini buna uyğun planlaşdırmalarını xahiş edib.

 

Qeyd edək ki, Suqovuşan su anbarı Tərtərçay hövzəsində yerləşən minlərlə hektar əkin sahəsinin suvarılmasında əsas mənbələrdən biridir. Su ehtiyatının azalması bölgədə kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün müəyyən çətinliklər yarada bilər. Hazırda su ehtiyatlarının bərpası istiqamətində tədbirlərin görüləcəyi gözlənilir.

 

 

Gununsesi.info