Tanışını bıçaqlayandan sonra evə gəlib…

  • By admin
  • 20 Oktyabr 2022 11:20

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1966-cı il təvəllüdlü Fuad Quliyev tanışı, 1973-cü il təvəllüdlü Rövşən Bəybala oğlu İsmayılovu bıçaqlayıb. Daha sonra o, yaşadığı evə qayıdaraq 84 yaşlı atası Həmidi döyüb.

Xəstəxanaya yerləşdirilmiş R.İsmayılovun vəziyyəti orta-ağırdır.

F.Quliyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info