“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” -FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəngilanda səfərdədir.

Gununsesi.info  xəbər verir ki, səfir bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.

“Bu gün cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə azad Qarabağın ikinci aeroportu Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Prezidentimizi və nümayəndə heyətini qarşılamaq üçün Qarabağdayıq”, – deyə səfir qeyd edib.

Səfir, həmçinin səfərdən fotolar paylaşıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər  edəcək. Ərdoğan səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.



Gununsesi.info