Tramp İran nümayəndələri ilə görüşə bilər

  • Müəllif: Firuzə
  • 12 Yanvar 2026 09:39

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını müzakirə etmək üçün ölkə nümayəndələri ilə görüşə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Agentlik yazır ki, Tramp İran rəhbərliyinin nümayəndələrinin yanvarın 10-da ona zəng etdiklərini bildirib.

“Ola bilsin ki, biz görüşə qədər addım atmalı olacağıq. Danışıqlar hazırlıq mərhələsindədir. İran zəng vurmuşdu. Onlar danışıqlar istəyirlər”, – ABŞ lideri qeyd edib.

Gununsesi.info