Tramp niyə “Nobel” ala bilmədi?

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatı ala bilməməsi dünya gündəminin müzakirə mövzularından biridir.

Belə ki, bu il sözügedən mükafatı Venesuela müxalifət lideri Maria Corina Machado alıb.

Bu mükafat ona “Venesuelada demokratik hüquqları tanıtmaq və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidi təmin etmək üçün yorulmaz çalışmaları”na görə verilib.

Bəs maraqlıdır, Tramp niyə bu mükafatı ala bilmədi?

Nobel Sülh mükafatının verilmə prinsipləri fərqlidir. Bura Sülhün təşviqi, silahsızlaşdırma, millətlərarası əməkdaşlıq, humanitar fəaliyyət daxildir.

Mükafat subyektivdir və çox zaman siyasi kontekstdə qiymətləndirilir. Bu səbəblə, mükafatı almaq üçün birini namizəd göstərmək kifayət etmir. Yəni nəticənin qlobal və uzunmüddətli təsiri də əsas rol oynayır.

Trampın bir sıra təşəbbüsləri Nobel üçün təqdim olunmuşdu.

Nəticə ala bilməməsinə isə bir sıra məsələləri səbəb gətirmək olar.

Məsələn, Şimali Koreya ilə danışıqlar nəticə vermədi. Abraham razılaşmaları regionda gərginliyi azaltsa da, eyni zamanda Fələstin məsələsini daha da kənarda qoydu və yeni narazılıqlar yaratdı. Trampın ABŞ daxilində çox qütbləşdirici siyasət aparması da onun qlobal “sülh simvolu” kimi qəbul olunmasına mane oldu demək olar.

Donald Tramp Nobel Sülh Mükafatını almağa namizəd göstərilsə də, mükafat üçün əsas şərt olan uzunmüddətli və təsirli sülh nailiyyətləri çatışmırdı.

 

O, bəzi mühüm diplomatik uğurlar əldə etsə də, bu təşəbbüslər Nobel səviyyəsində qiymətləndirilmədi. Bəlkə də, nəticələri daha qalıcı olsaydı, fərqli ola bilərdi. Ola bilsin, bu mükafat ona gələn il təqdim ediləcək. Əlbəttə, daha yaxşı proseslər və nəticələr fonunda.

 

 

Afət

Gununsesi.info